Haqqımızda

Təşkilat haqqında: "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyi (VSRGD İB) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 dekabr 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas məqsəd və amalı dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial rifahına dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir.