Hörmətli ziyarətçılər saytımıza xoş gəlmişsiniz!

Xəbər lenti

"Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyi (VSRGD İB) “Milli, mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği və təşviqi” adlı layihənin icrasına başladı. “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyi (VSRGD İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli, mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği və təşviqi” adlı layihəni həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi gənclər arasında mənəvi dəyər prinsiplərini formalaşdırmaq, genişləndirmək və onlara aşılamaqdan ibarətdir. Layihə çərcivəsində aşağıdakı işlər həyata keçiriləcək: Milli, mənəvi və əxlaqi dəyərlərlə bağlı bukletin nəşri; Qazax və Ağstafa rayonlarında 3 Milli Qəhrəman - Nəsibov Mərifət Əhməd oğlu, Alıcanov Rafiq Cəfər oğlu, Çobanov Şamoy Məhyəddin oğlu haqqında filmlərin çəkilişi; Orta və ali məktəblərdə şair, yazıçı, psixoloq, ziyalılarla birlikdə konfranslar, görüşlərin və debütlərin keçirilməsi; Ahıl və uşaq evlərində, həbsxana və təcridxanalarda, hərbi hissələrdə milli və mənəvi dəyərlərlə bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi. Layihənin 6 ay müddətində Qazax, Aqstafa, Gədəbəy, Tovuz və Bakı şəhərində həyata keçirilməsi nəzərdə tutulub.

Təşkilat haqqında:
"Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyi (VSRGD İB) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 dekabr 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas məqsəd və amalı dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial rifahına dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir.